II ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb
29 iyul, 2013 20:41
Avqustun 3-də ali təhsil müəssisələrinin II ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.
ERtv Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.