Oteldən 40 milyonluq ləl-cəvahirat oğurlandı
29 iyul, 2013 20:35
Soyğunçu Kannda yerləşən mehmanxanadan 40 milyon avro dəyərində qızıl-zinət əşyaları çırpışdırıb.
ERtv-nin RBK-ya istinadən verdiyi xəbərə görə, silahlı kişi sözügedən zinət əşyalarını Fransanın Kann şəhərindəki otellərdən birində təşkil edilən sərgidən oğurlayıb. Məlumatı BBC yayıb.
“Almaz kralı” Lev Leviyevə məxsus olan brilliantların sərgisi Kruazett sahilində yerləşən “Carlton” otelində nümayiş etdirilib. Yerli KİV-lərin məlumatına əsasən, soyğunçu brilliant məmulatlarını çamodana doldurub və naməlum istiqamətdə yoxa çıxıb.
Polis onu tapa bilmək üçün bütün gücünü səfərbər edib. Bu Kannda indiyə qədər səs-küy yaradan ən böyük brilliant soyğunçuluğudur.