Qeyri-neft yüklərinin daşınması 5%-ə yaxın artıb
29 iyul, 2013 20:23
Birinci yarımildə yük daşınmasının 69,6%-i və ya 73,6 mln. tonu qeyri-neft yükləri üzrə həyata keçirilib.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft yüklərinin daşınmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artım müşahidə edilib.
Ümumiyyətlə, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 105.9 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.4 faiz çox yük daşınıb. Yüklərin 10.6 faizi dəmir yolu nəqliyyatı, 56.3 faizi avtomobil nəqliyyatı, 5.7 faizi dəniz nəqliyyatı, 27.4 faizi boru kəmərləri ilə daşınıb.