Xəbərlər

Zaqatalada kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 milyon manat artıb
29 iyul, 2013 20:20

Zaqatala rayonunda aqrar sektorda son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 milyon manat artıb.

ERtv-nin bölgə müxbiri Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, aqrar sektorda əldə olunan artım əvvəlki illə müqayisədə 13,3 faiz artaraq 29,4 milyon manata çatıb.

Rayonda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yeni layihələr həyata keçirilir, əkin sahələri artırılır.

Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə cari ildə 608 ədəd texnikadan istifadə edilərək rayonda 30 985 hektar əkin sahəsində becərmə işləri aparılıb. 14 617 hektar sahədə isə yazlıq bitkilər əkilib.

Ondan 5902 hektar sahədə qarğıdalı, 127 hektar sahədə paxlalılar, 436 hektar sahədə tütün, 308 hektar sahədə dən üçün günəbaxan, 1521 hektar sahədə kartof, 2095 hektar sahədə tərəvəz, 779 hektar sahədə bostan bitkiləri əkilib.

Fermer və fərdi təsərrüfatlardan toplanan məhsul yerli və mərkəzi bazarlara çıxarılır.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.