Xəbərlər

Rüstəm İbrahimbəyovun gurultulu “Gəlirəm” bəyanatı boşa çıxdı
29 iyul, 2013 20:06

İyulun 31-də Azərbaycana dönəcəyini qətiyyətlə anons edən Milli Şuranın prezidentliyə namizədinin son dayanacağı Tiflis oldu.

ERtv xəbər verir ki, R.İbrahimbəyovun Bakıya qayıdışının təxirə salındığını qurumun icra aparatının rəhbəri Eldar Namazov açıqlayıb.

E.Namazov “Azadlıq” qəzetinə açıqlamasında Milli Şura sədrinin Azərbaycana gəlişinin təxirə salınmasını “ənənəvi” səbəblərlə izah etməyə çalışıb:

“Milli Şuranın yekun qərarına əsasən, Rüstəm İbrahimbəyovun Bakıya gəlişi, vətəndaşlıqla bağlı sənədləri aldıqdan sonra reallaşmalıdır.

Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtması planlaşdırılıb. Ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra, Bakıya dönməliydi”.

E.Namazov bildirib ki, lakin bu ərəfədə R.İbrahimbəyovun həmkarlarına qarşı cinayət işi üzrə istintaq hərəkətlərinə başlanılıb: “Bu adamlar vasitəsilə Rüstəm bəyin əleyhinə ittihamlar irəli sürməyə cəhd edirlər”.

E.Namazov qeyd edib ki, R. İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ərizəsinə baxılması tam sürətlə getmir:

“Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır.

Rusiya qanunvericiliyinə görə, bu prosedurda şəxsin fiziki iştirak lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyulun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək.

Əks halda, hakimiyyət Rüstəm İbrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər. Yəni Rüstəm bəyin ölkəni tərk etməməsi barədə qərar verə və bunu qondarma cinayət işi ilə əlaqələndirə bilərlər.

Ona görə də biz qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri alıb, sonra Azərbaycana qayıtsın”.

Bununla belə, E.Namazovun Milli Şura sədrinin qayıdışının ertələnməsinə yönəlik “əsaslandırması”nı ciddi qəbul etməmək üçün bir sıra səbəblər var.

Əgər E.Namazovun “arqumentləri” bu qədər real idisə, o halda, R.İbrahimbəyov və Milli Şura rəhbərliyindəki digər şəxslər nəyə görə kinodramaturqun Azərbaycana dönəcəyini çox əminliklə bəyan edirdilər?

Çünki R.İbrahimbəyovun həbs olunma ehtimalı onların dediyi kimi, yüksəkdirsə, bu məqam “qayıdış bəyanatları”  verilərkən niyə nəzərə alınmırdı?

Belə çıxır ki, Milli Şuradakılar R.İbrahimbəyovun bu ayın sonunda mütləq Bakıya dönəcəyini bəyan etməklə öz prezidentliyə namizədləri üçün saxta obraz yaratmağa çalışıblar, ya da indi əsaslandıqları səbəbləri vaxtında görməyəcək qədər səbatsızlığa yol veriblər.

Hər iki hal iddialı siyasi fiqurlar üçün neqativ rəy formalaşdırır.

Maraqlıdır ki, R.İbrahimbəyovun Bakıya gəlişi ilə Milli Şurada suların durulacağına ümid bəsləyənlər müəyyən mənada çıxılmaz vəziyyətə düşüblər.

Eyni zamanda, kinodramaturqun marşrutunun Tiflisdə nöqtələnməsi Milli Şurada  “ehtiyat namizəd” ideyasını dəstəkləyənlərə əlavə üstünlüklər qazandırdı.

Milli Şuranın 15 nəfərlik nümayəndə heyətinin R.İbrahimbəyovla Tiflisdə nəzərdə tutulan görüşünün gərgin keçəcəyi heç kimdə şübhə doğrmur.

Qurumun gələcək aqibətinə də elə “Tiflis randevusu”nda aydınlıq gələcək...

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.