Azərbaycanlı avarçəkənlər dünya çempionatında 4-cü yeri tutublar
28 iyul, 2013 21:22
Avstriyanın Lins şəhərində 23 yaşdan aşağı idmançılar arasında akademik avarçəkmə üzrə dünya çempionatı başa çatıb.
ERtv xəbər verir ki, azərbaycanlı duet İqor Lyuçiç - Luka Corceviç BM2-kateqoriyasındakı yarışların finalında çıxış ediblər. Azərbaycan təmsilçiləri CAR, Avstraliya və Serbiyadan olan idmançılara məğlub olaraq 4-cü yeri tutublar.