Orta məhsuldarlıq 25.2 sentner təşkil edir
28 iyul, 2013 21:20
Azərbaycanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə kənd təsərrüfatı məhsullarının artırılması daim diqqət mərkəzində saxlanılır.
Rayon İcra hakimiyyətindən ERtv-yə verilən məlumata əsasən, bu ilin məhsulu üçün rayon fermerləri 81 min 51 hektarda taxıl əkib. İndiyə kimi sahələrin 79 faizi biçilib.
Nəticədə 157 min ton buğda və arpa məhsulu yığılıb. Hər hektardan orta məhsuldarlıq 25,2 sentner təşkil edir. İcra sturukturundan o da bildirilib ki, qarşıdakı illərdə rayonda aqrar sektorda təkcə taxılçılığın deyil, digər sahələrin heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün yeni layihələrin həyata keçiriməsi nəzərdə tutulur.