Xəbərlər

Xalq artisti Tələt Qasımov vəfat edib
28 iyul, 2013 15:38

Azərbaycanın xalq artisti Tələt Qasımov bu gecə dünyasını dəyişib.

ERtv APA-ya istinadən xəbər verir ki, xalq artisti uzun sürən xəstəlikdən sonra bu gecə ürək tutmasından dünyasını dəyişib.

T. Qasımov bu gün Bilgəh qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Mərhumum üç mərasimi isə Təzə Pir məscidində keçiriləcək.

Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib.

O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb.

Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları, “Şüştər” təsnifləri AzTV-nin Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri var. Ustad sənətkarlardan dərs alan T. Qasımov muğam ifaçılığı ənənələrini bu gün də müvəffəqiyyətlə davam etdirir. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanıb.

O, uzun illər "Azərkonsert" Birliyinin solisti olub, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil edib.

Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.