Qaxda yeni iş yerləri açılıb
28 iyul, 2013 15:32
Qax rayonunda sahibkarlıq subyektlərinin fəaliyyətinə verilən dəstək nəticəsində yeni iş yerlərinin sayı xeyli artıb.
Ertv-nin bölgə müxbirinə Rayon İcra hakimiyyətindən verilən məlumata əsasən, rayonda sahibkarlıq subyektlərinə yaradılan şərait nəticəsində onların bu sahəyə marağını xeyli artırıb.
Bunun nəticəsidir ki, sahibkarlıq subyektlərinin sayı 6 ay ərzində 179 nəfər artaraq 2831-ə çatıb. Bu isə rayonda yeni iş yerlərinin yaranmasına. əhalinin maddi təminatının yaxşılaşmasına imkan verir. Belə ki, ilin əvvəlindən indiyə kimi rayonda 229 yeni iş yeri açılıb ki, onlardan da 225-i daimidir.