İtaliyanın ilk qaradərili nazirinə banan atdılar
28 iyul, 2013 15:29
İtaliyada ilk qaradərili nazirə qarşı irqçi yönümlü reaksiyalar davam edir.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, inteqrasiya naziri Sesil Kenqe Çerviya şəhərində insanlar qarşısında etdiyi çıxış zaman banan atəşinə tutulub.
Buna və öncəki insidentlərə Kenqenin immiqrantların İtaliya vətəndaşlığı almasının asanlaşdırılmasını hökumətə təklif etməsi olub.
Nazir sosial şəbəkədə buna soyuqqanlı şəkildə cavab verərək, iqtisadi böhranın hökm sürdüyü, insanların aclıqdan öldüyü bir vaxtda, ərzaqların mənasız yerə korlanması kimi qiymətləndirib.
Qeyd edək ki, yeni hökumətdə inteqrasiya naziri təyin olunmuş Sesil Kenge Demokratik Konqo Respublikasında doğulub.