Misirdə toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb
28 iyul, 2013 15:26
Misirdə polislə nümayişçilərin toqquşmaları nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, 792 nəfər xəsarət alıb.
Misirin təcili yardım xidmətinin baş həkimi Xaled əl-Xatıb deyib ki, Qahirənin Rabia əl-Ədaviya rayonunda hal-hazırda 72 nəfər həlak olub, 292 nəfər xəsarət alıb. Daha 8 nəfər İsgəndəriyyədə qarşıdurmalar nəticəsində həlak olub, 194 nəfər isə yaralanıb.
Həkim həmçinin qeyd edib ki, gün ərzində ölənlərin və gecə hadisələrində xəsarət alanların sayı artıb, çünki səhiyyə nazirliyi müxtəlif xəstəxanalardan daim yeni məlumatlar alıb.
Misirin daxili işlər nazirliyi insanların həlak olması ilə əlaqədar bütün məsuliyyəti islam hərəkatlarının üzərinə qoyub.