Muzaffer Aslan: "Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir"
28 iyul, 2013 15:22
Qarabağ məsələsi ilə bağlı çox fikirlər səsləndirilib və bəyanatlar verilib.
Bu sözləri ERtv-yə Türkiyə Böyük Millət Məclisinin deputatı Muzaffer Aslan Qarabağ məsələsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Hesab edirəm ki, problem Azərbaycanın torpaqlarının geri qaytarılması çərçivəsində öz həllini tapmalıdır. Çünki, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir.
Bölgəyə sülh lazımdır ki, inkişaf daha da güclənsin. Müharibə heç kimə fayda gətirməz və bunu nəzərə almaq lazımdır. Onu da əlavə edim ki, münaqişənin həll olunmasından ən çox faydalanan Ermənistan olacaq”,-deyə millət vəkili söyləyib.