Qızlardan ibarət futbol yığmamız Latviyanı darmadağın etdi
27 iyul, 2013 13:27
Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığması (U-17) Riqada (Latviya) qələbə qazanıb. 17 yaşadək futbolçu qızlarımız latviyalı həmyaşıdları ilə təlim-məşq oyununda görüşüblər.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı AFFA yayıb. Məlumata əsasən, futbolçularımız Latviyanı 6:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, U-17 yığmamız Latviyada təlim-məşq toplanışlarını Avropa çempionatının seçim turuna hazırlıq məqsədilə keçirir. Bu raund çərçivəsində Azərbaycan yığması avqustun 2-də Avstriya ilə, iki gün sonra Polşa ilə, avqustun 7-də Qazaxıstanla oynayacaq. Azərbaycanın düşdüyü 8-ci qrupun oyunları Polşada keçiriləcək.