Xəbərlər

Masallı sakini ağacda qızılgül və xiyar yetişdirir
27 iyul, 2013 13:24

Masallı sakini Əkrəm Cabbarov tut ağacında müxtəlif növ meyvə, qızıl gül və xiyar yetişdirib.

Bu barədə ERtv-nin bölgə müxbiri xəbər verir.

39 yaşlı Əkrəm Cabbarov  Masallının Xanəliyan kənd sakinidir. Tut ağacında onun yetişdirdiyi meyvə tərəvəz, qeyri - adi bacarığı görənlərin təccübünə səbəb olub.

Bağındakı 150 yaşlı tut ağacında 23 növ meyvə və xiyar yetişdirməyi bacarıb. Hazırda onun tut ağacında nar, üzüm, əncir, heyva, alca, armud, limon, yapon əzgili, findiq, şaftalı kimi 23 növ müxtəlif meyvələr görmək mümkündür.

Bağban meyvə ilə yanaşı ağacda 4 növ qızılgül də becərir. O bu işlə düz 11 ildir ki məşğuldur. Ağacların hamısı bar verir. Bu il məhsul azlığına baxmayaraq, o hər bir ağacdan 5 – 6 kq məhsul götürüb.

Həvəskar bağban hazırda bağında yeni bir uğura imza atmaq niyyətindədir. Növbəti il üçün o meyvə ağaclarını, gül növlərini və tərəvəzi artırmağı planlaşdırır.

Qeyd edək ki, Əkrəm Cabbarov 2-ci qrup Qarabağ müharibəsi əlilidir və döyüşlərdə “Tarzan - Kobra” ləqəbini qazanıb. 1992 - 1993-cü illərdə cəbhənin Çıldıran, Şınıx, Qubadlı bölgələrində düşmənlə ölüm - dirim mübarizəsində dəfələrlə mərdlik və şücaət göstərib. Bir neçə dəfə yaralanıb. Əlillik həyatı yaşayan Əkrəm məhəbbətini doğma torpağa, ağaclara, çiçəklərə salıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.