Xəbərlər

Siyavuş Novruzov YAP-ın seçki hazırlıqları barədə danışdı
27 iyul, 2013 13:05

Artıq Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri müəyyənləşib, onların siyahıları təqdim olunub.

Çalışmışıq ki, o insanlar bu qərargahlara cəlb olunsunlar ki, ilk növbədə, rayon ictimaiyyəti arasında nüfuza və hörmətə malikdirlər, eyni zamanda, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün maksimum gücü ilə çalışacaqlar.

ERtv xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili S.Novruzov dilə gətirib.

Seçkilərə 3 aydan da az vaxt qaldığını söyləyən YAP icra katibinin müavini deyib ki, Azərbaycanda seçki prosedurlarının həyata keçirilməsi üçün 2 ay nəzərdə tutulub.

Onun dediyinə görə, avqust ayının əvvəllərində artıq seçkilərə start veriləcək:

“Bizim seçkilərə hazırlığımız əvvəlcədən nəzərdə tutulmuş plana uyğun olaraq mərhələli şəkildə və uğurla həyata keçirilməkdədir. Artıq bir sıra məsələləri həll etmişik.

Məsələn, rayon-şəhər ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüşlərin keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi, onlara treninqlərin keçirilməsi və sair işlər başa çatdırılıb”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.