ERtv Azərbaycan klublarının iştirakı ilə Avropa Liqası çərçivəsində keçirilən dünənki oyunları təhlil edir.
Dünənki gün Azərbaycan futbolu üçün heç də birmənalı olmadı. Bir tərəfdən “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsinə çıxması, digər tərəfdən isə “Xəzər Lənkəran”ın Hayfa “Makkabi”sinə 0:8 hesablı biabırçı məğlubiyyəti.
Qlivits və Lənkərandakı oyunlar futbol klubu kimi belə miqyaslı bir layihə rəhbərliyində savadlı və naşı yanaşma arasındakı fərqi nümayiş etdirmiş oldu. Mən başa düşə bilmirəm və yəqin ki, heç vaxt da başa düşməyəcəyəm ki, Makkabi ilə çətin oyunlar arasında (Oyunların ağır olacağını qabaqcadan müəyyən etmək çətin deyildi) “Fənərbaxça” ilə matç nəyə lazım idi?
Bu oyun guya “Xəzər Lənkaran”ın 10 illiyinə həsr edilmişdi, halbuki 10 illik hələ gələn il olacaq.
Yəni hər şeyi, hər zaman qeyd etmək olar. Lakin təkcə klubun deyil, həm də bütün Azərbaycan futbolunun hazırki maraqlarının ziyanına deyil.
Ola bilsin ki, “Xəzər Lənkəran” rəhbərliyi “Fənərbaxça”nı dəvət etməklə hansısa futbola aidiyyəti olmayan biznes dividendlər əldə etdi, amma kluba bu oyun konkret olaraq yalnız zərər gətirdi. Meydanda ot örtüyünün vəziyyətinin oyuna təsir göstərdiyini də qeyd etmək olar.
Dünənki oyun Lənkəranda meydanın ot örtüyünün də vəziyyətinə təsir edib. Ot örtüyü dəhşətli vəziyyətdə idi və belə bir halla biz birinci dəfə deyil ki, qarşılaşırıq. Ot örtüyü komandanın oyunu kimi bərbad idi. Amma yox. “Xəzər-Lənkəran”ın oyunundan dünən bərbad heç nə ola bilməzdi.
Harada görünüb ki, Avrokuboklarda bir həftəlik intervalı olan məsuliyyətli oyunlar arasında klub sənin Avrokubok rəqibindən ən azı zəif olmayan komanda ilə qeyri-rəsmi oyun keçirsin?
Əgər bu milli çempionatın oyunudursa və sən bunu keçirməlisənsə o başqa məsələ, yoldaşlıq oyunu isə tamam ayrı məsələ.
“Xəzər Lənkəran” rəhbərliyi istirahət əvəzinə öz futbolçularına 10 illik münasibəti ilə “əla hədiyyə” etdi. Azərbaycanın 9-cu komandasının Türkiyə futbolunun zadəganlarından biri tərəfindən darmadağın ediləcəyini əvvəlcədən müəyyən etmək olardı.
Budur bayram? Lakin əsas məsələ qabaqda idi. Türklərlə oyunda əldən düşən Con Toşakın yetirmələri (Tamaşaçılar qarşısında, həm də belə bir rəqibə qarşı necə oynamayasan?) “Makkabi” ilə oyuna “ölü vəziyyətdə” çıxdılar.
İsraillilər “oynamayan” rəqibə aman vermədiklərini bizə bir dəfə (6:0) başa salmışdılar.
Budur, onlar növbəti dəfə Azərbaycan klubunu əməlli başlı ələ saldılar. Matçın və rəhbərliyin Con Toşakla müşavirəsinin yekununda “Xəzər Lənkəran” əsas komandadan dörd futbolçusunu - Toni Doblas, Eder Bonfim, Adrian Pit və Marin Orsuliçi kənarlaşdırdı. Bəlkə klub rəhbərliyinin heyətində də dəyişiklik etmək vaxtı çatıb?
Üç gündən bir belə güclü rəqiblərlə oynamağa vərdiş etməyən futbolçular və Toşak üçün əsas əngəl elə “Fənərbaxça” ilə oyunun “Makkabi” ilə matç arasındakı tarixə təyin olunması idi.
Və budur, sözügedən oyunların nəticələri artan xəttlə getdi - 0:2, 0:4, 0:8.
Bir həftəyə 0:14 hesablı nəticə! Adətən belə məğlubiyyətlərdən sonra baş məşqçi istefaya getməlidir. Lakin Toşakın məsələsində bu tamamilə ədalətsiz olardı.
O, çempionatın ikinci altılığında çıxış edən komandanı Avrokuboklara çıxara bildi. Az qala ölkə kubokunu da götürəcəkdi. Mənə elə gəlir ki, ona yeni komanda qurmaq üçün şans verilməlidir.
Lakin, o bunu nə zaman edəcək? Axı bir həftədən sonra ölkə çempionatı başlayır.
8:0 - belə iri hesabla nə vaxtsa “Neftçi” Polşanın “Vidzev” komandasına məğlub olmuşdu. Bu, Çempionlar Liqasının 1997/98-ci illər mövsümündə baş vermişdi. Hələ Buzovnanın “Xəzri” klubu da UEFA Kuboku çərçivəsində Polşanın“Qutnik” klubuna rekord hesablı məğlubiyyəti də var.
Elə gəlirdi ki, cavabsız darmadağınlar və alçalmalar yaddan çıxıb. Amma yox “Xəzər Lənkəran” özündə cəsarət taparaq 90-cı illərin “pis günləri”ni bizə xatırlatdı və hətta həmin dövrlərin uğursuzluqlarına tüpürdü. Axı komandalarımız evdə doğma divarlar arasında heç vaxt belə iri hesabla məğlub olmayıblar!
Azərbaycan klubları evdə keçirdiyi Avrokubok oyunlarında dünənədək 0:4-dən artıq hesabla məğlub olmayıblar!
…Sağ olsun “Qarabağ” ki, təkbaşına polşalılardan revanş götürür. 2010-cu ildə ağdamlılar “Visla”nı sıradan çıxardılar, indi isə “Piast”ı. Azərbaycan çempionatının gümüş mükafatçısı Polşada heç-heçəyə nail olmaqla Avrokuboklarda yeganə təmsilçimiz olaraq qalmaqdadır.
Qurban Qurbanovun komandası növbəti dəfə Azərbaycan futbolunda liderliyi öz üzərinə götürdü.
Başqa bir məsələ ondan ibarətdir ki, azarkeşləri bu qədər üzmək də olmaz. Belə ki səfər oyununun artıq birinci hissəsində qarşılaşmanın taleyini həll etmək olardı.
Avqustun 1-də “Qarabağ” Bakıda İsveçin “Qefle” klubunu qəbul edəcək. Komanda Avropa Liqasına “Fair Play” reytinqi sayəsində düşüb.
Bu da ondan xəbər verir ki, isveçlilər tam “Qarabağa” görədirlər. Lakin unutmayaq ki, 2-ci mərhələdə Kiprdə “Anortosis”ə 0:3 hesabı ilə məğlub olan “Qefle” evdə rəqibinə 4:0 hesabı ilə qalib gəlməyi bacardı.
Yəni “Qefle” üçün mümkün olmayan şey yoxdur. Bu səbəbdən məqamlardan istifadə etməyə, xüsusilə də səfər oyunlarında son dərəcə diqqətlə yanaşmaq lazımdır.
Çox təəssüf ki, “İnter” də cavab matçında 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq mübarizəni dayandırdı.
“Tromse” ilə oyunun taleyi əsasən birinci oyunda həll olunmuşdu. Qapıya tərəf üç zərbəendirən norveçlilər 2:0 hesabı ilə qalib gələ bilmişdilər.
Hücum xəttində ciddi problemləri olan “İnter” kimi bir komandanın müdafiə olunmağı bacaran kluba iki qol vurması çox çətin olardı.
“Bakı” klubunun futbolçuları əllərindən gələni etdilər və UEFA-nın əmsallar cədvəlində Azərbaycanın hesabına əlavə xal gətirdikləri üçün onlara təşəkkür düşür.
Oyun sonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Qarabağ”a növbəti mərhələdə uğurlar arzuladı və “İnter”in irəliləyə bilməməsinə görə üzr istədi.
Baxmayaraq ki, onun üzr istəməyinə o qədər də lüzum yox idi. “İnter” Avrokuboklarda layiqli mübarizə apardı. Üzrü indi Lənkəranda istəməlidirlər.