“Xəzər Lənkəran”ın 4 futbolçusu əsas komandadan kənarlaşdırılıb.
ERtv xəbər verir ki, “Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsində Hayfa “Makkabi”sinə sarsıdıcı məğlubiyyətindən (0:8) dərhal sonra klub rəhbərliyi komandanın baş məşqçisi Con Toşakla görüşərək məğlubiyyətin səbəblərini dinləyib.
Müəyyən edilib ki, bəzi futbolçular meydanda özlərini peşəkar idmançıya yaraşmayan tərzdə aparıblar ki, bu da kollektivdə ümumi ab-havaya mənfi təsir göstərib.
Onun dediklərinə əsasən, qapıçı Toni Doblas və müdafiəçi Eder Bonfim əsas komandadan kənarlaşdırılıb. Ardınca isə daha iki futbolçu - Adrian Pit və Marin Orsuliçin kənarlaşdırıldığı barədə məlumat yayılıb.
Klubdan bildirildiyinə görə, bu qərar yuxarıda göstərilən şəxslərin özlərini peşəkar futbolçuya yaraşmayan şəkildə aparmaları və kollektivdə ümumi ab-havaya mənfi təsir etmələri səbəbindən qəbul olunub.