Bəstəkar Şəfiqə Axundova vəfat etdi
26 iyul, 2013 19:06
Azərbaycan musiqisinə ağır itki üz verib.
ERtv-nin məlumatına əsasən, xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundova vəfat edib.
Şərqdə ilk dəfə opera yazan qadın bəstəkar olan Şəfiqə xanım 89 yaşında bu gün səhər saatlarında Bakıda xəstəxanada dünyasını dəyişib.
Bəstəkarın bacısı Rəfiqə Axundova Lent.az-a bildirib ki, bacısı bu gün saat 12 radələrində qəflətən dünyasını dəyişib. Ş.Axundovanın harada dəfn ediləcəyi hələlik bilinmir.
Allah rəhmət eləsin!