Xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cüzeppe Verdinin 200 illiyinə həsr edilən konsert olub
26 iyul, 2013 19:05

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də dahi italyan bəstəkarı Cüzeppe Verdinin anadan olmasının 200 illiyi münasibətilə yubiley konserti təqdim edilib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, məşhur italiyalı dirijor Jder Biqnamininin rəhbərliyi ilə təqdim olunan “Viva Verdi” adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən nümunələr səsləndirmişdir.

İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar Burçin Savigne (soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor), Səbinə Əsədova (messo-soprano) dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.

Musiqi axşamında Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla” “Aida”, “Trubadur” operalarından parçalar, o cümlədən ariya, uvertüra səsləndirilmişdir.

Çıxışlar yerli və xarici ölkə tamaşaçılarının böyük marağına səbəb olmuşdur.

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılmışdır. Orkestrin hazırkı musiqi direktoru Frederik Çaslindir. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.