Ünvanlı sosial yardımla bağlı müraciətlər kəskin azalıb
26 iyul, 2013 19:03
Ünvanlı sosial yardımla bağlı nazirliyə və digər instansiyalara müraciətlər iki dəfədən çox azalıb.
ERtv-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar ayında ünvanlı sosial yardımla bağlı 954 müraciət daxil olduğu halda, iyun ayında qeyd olunan müraciətlərin sayı 466-a enib.
Həmçinin, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarimilində belə müraciətlərin sayında 23,4 faiz azalma özünü göstərib.
Müraciətlərin bir qismi sorğu xarakterli olduğundan onları ünvanlayan şəxslərə müvafiq izahatlar verilib. Həmçinin ayrı-ayrı müraciətlərdə əksini tapan haqlı irad və narazılıqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə konkret tədbirlər görülüb.