Xəbərlər

Nabranda istirahət mərkəzində xəsarət alan körpə Almaniyaya aparıldı
26 iyul, 2013 18:57

Nabranda istirahət mərkəzində xəsarət nəticəsində iki ayağını itirmiş iki yalşı İmran Cəfərzadə valideynlərinin müşayiəti ilə iyulun 26-da səhər tezdən Bakıdan Berlinə yola düşdü.

O Azad Berlin universiteti və Qumbolt adına universitetin birgə müəssəsi olan “Charite Berlin” tibb mərkəzində müalicə olunacaq.

İmran Cəfərzadə klinikadan göndərilən təyyarə-ambulansla (air ambulance) uçub.

Klinikada konsilium keçiriləcək. 28 gün ərzində diaqnostika və müayinə olacaq.

Elə bu vaxt ərzində də 2-3 təcili əməliyyatlar keçiriləcək.

1news.az-a Cəfərovlar ailəsinin verdiyi xəbərə əsasən, bu günə qədər çəkilmiş bütün xərclər dövlət başçısının tapşırığı əsasında ödənilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.

İyulun 21-də Nabranda yerləşən “Nabran Holiday Village” akva parkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı İmran Cəfərzadəni sovuraraq özünə doğru çəkib.

Mərkəzi Klinik Xəstəxanasında İmranın sol ayağının remplantasiyası üçün əməliyyat keçirilib. Çətin əməliyyat 7 saat çəkib. Onun yerinə oturması üçün daha bir neçə əməliyyat lazımdır. Sağ ayağı xilas etmək mümkün olmayıb.

Rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda sözügedən cinayət işi Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb. İstintaq davam edir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İmranın müalicəsi dövlət hesabına aparılacaq. İş Prezident İlham Əliyevin şəxsi nəzarətinə götürülüb.

“Charite” Avropada ən nəhəng universitet tibb mərkəzlərindən biridir.

Tibb və fiziologiya sahəsində Nobel mükafatı alan alman alimlərin yarıdan çoxu burada oxuyub, işləyiblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.