“Müsəlman qardaşları”na qarşı 48 saatlıq ultimatum
26 iyul, 2013 18:50
Misirin hərbi komandanlığı iyulun 25-də “Müsəlman qardaşları”nın nümayəndələrinə qarşı 48 saatlıq ultimatum verib.
ERtv-nin Lenta.Ru-ya istinadən xəbər verir ki, hakimiyyətdən devrilən radikal hərəkatın iyulun 27-si günorta saatlarınadək siyasi barışıq və nizamlanma planına qoşulmaq imkanı var.
“İlk addımı biz atmayacağıq, lakin sözsüz ki, “Qardaşlar”ın liderləri və ya onların tərəfdarları tərəfindən istənilən zorakılıq yaxud terrorçuluğa sərt reaksiya veriləcək. Biz bütün nümayişçiləri qorumağı öhdəmizə götürmüşük”, - deyə Misir hərbçilərinin nümayəndəsi bildirib.