Xəbərlər

Ukrayna tank əleyhinə raket sistemini sınaqdan çıxardı
26 iyul, 2013 18:49

Ukraynada “Korsar” tank əleyhinə raket kompleksi sınaqdan çıxarılıb.

ERtv-nin verdiyi xəbərə görə, paytaxt poliqonunda Ukraynada yaradılmış yeni silah - “Korsar” tank əleyhinə raket kompleksi yoxlanılıb.

Bu barədə məlumatı “Luç” Konstruktor Bürosunun baş konstruktoru Oleq Korostelyov yerli KİV-lərə müsahibəsində bildirib.

Konstruktor bildirib: “Yeni kompleks zirehin növündən və tipindən asılı olmayaraq, hərəkət edən və hərəkətsiz zirehli hədəfləri – tankları, zirehli transportyorları, sürətli desant katerlərini, habelə kiçik ölçülü hədəfləri – uzunmüddətli atəş nöqtələrini, helikopterləri, pilotsuz təyyarələri sıradan çıxarmaq üçün nəzərdə tutulub”.

Yeni tank əleyhinə raket kompleksinin atış məsafəsi 2,5 kilometrə qədər, yəni tank əleyhinə əl qumbaraatanının atış məsafəsindən iki dəfə çoxdur. Bundan əlavə, lazer şüası boyunca uçan raketi idarə etmək mümkündür.

“Ukroboronprom” dövlət konserninin baş direktoru Sergey Qromov isə bunları bildirib: “Korsar” kompleksi silahların yeni sinfinə aiddir. Onun yaradılması üzrə işlər bu il başa çatacaq. Biz silah bazarına bu səviyyəli hazır kompleks təklif edənlər arasında birinci olacağıq. Hələlik “Korsar”ın analoqu yoxdur, hərçənd xarici ölkələrdə oxşar araşdırmalar aparılır. “Korsar” bir sıra texniki parametrlərinə görə dünyanın aparıcı istehsalçılarının yaratdığı komplekslərdən üstündür”.
Ukraynada istehsal edilən raketin kütləsi konteynerlə birlikdə 13,5 kiloqram və ya ABŞ-da buraxılan analoji raketlə müqayisədə 2,5 kiloqram azdır.

Çiyindən atəş açmaq üçün nəzərdə tutulan “Korsar” raketinin gücü demək olar ki, bütün mövcud zirehli texnika növlərini məhv etmək üçün kifayətdir, onun idarə edilə bilməsi isə hədəfin məhv olunmasını 100 faizə qədər təmin edir”.

Qeyd edək ki, məlumata əsasən, kompleksin dəyəri cəmi 130 min dollara yaxın, raketin qiyməti isə 20 min dollar, başqa sözlə desək, xarici analoqlardan 3,4 dəfə ucuzdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.