Bu gün Mərkəzi Seçki Komissiyasnın (MSK) növbəti iclası keçirilib.
ERtv xəbər verir ki, MSK üzvləri ilk öncə sözügedən qurumun 5 və 18 iyun taricxli iclaslarının protokolunu təsdiqləyiblər.
Sonra MSK-nın sədi Məzahir Pənahov iclasın gündəliyində duran 2-ci məsələ barəsundə məlumat verərək bildirib ki, ölkə prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarınım müdafiəsinin səmərəliliyini artırnaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, adlıçəkilən qurum aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə əlaqədar mütəmadi kurslar təşkil edir.
M.Pənahovun bildirdiyinə görə, bu kursların ən əhəmiyyətlilərindın biri dairə seçki komissiyalarının (DSK) sədrləri üçün Bakıda təşkil edilən kurslardır:
“Bildiyiniz kimi, MSK hər zaman öz kollektivi ilə birlikdə bu kurslra ciddi şəkildə hazırlaşır. Həmçinin, MSK üzvləri ilə yanaşı, ali dövlət qurumlarının rəhbərləri bu kurslarda DSK sədrləri üçün mühazirələr oxuyur, fikir mübadiləsi aparırllar.
Sevindirici haldır ki, seçkilərin keçirilməsinə məsul olan dövlət orqanı kimi, MSK tərəfindən təşkil olunan bu kurslasra həm Prezident Administrasiyasının, həm də digər dövlət qurunmlarının – Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Apellyaasiya Məhkəməsi və başqa qurumların rəhbəriyi səviyyəsində dəstək verilir, onların rəhbər şəxsləri DSK sədrləri qarşısında çıxışlar edirlər.
Hesab edirik ki, ölkədə azad, demokratik seçkilərin keçirilməsini təmin etmək məqsədi ilə bu kursların böyük əhəmiyyıti var. Təsadüfi deyil ki, istər DSK sədrləri üçün Bakıda təşkil edilən kurslara, istərsə də məntəqə seçki komissiyalarının üzvləri üçün yerlərdə təşkil olunan kurslara beynəlxaq təşkilatlar, o cümlədən, nüfuzlu Avropa qurumları tərəfindən yüksək qiymət verilir.
Bu kurslar həm də ölkədə seçki atmosferinin yaranması, seçicilərin seçkilərdə daha aktiv iştirakı baxımından, çox əhəmiyyətlidir.”
Daha sonra MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, DSK sədrləri və məntəqə seçki komissiyalarının üzvləri üçün növbəti on günlük maarifləndirmə kurslarının təşkili nəzər tutulub:
“Ali dövlət orqanları rəhbərlərinin iştirakı ilə iyulin 29-dan avqustun 4-nə kimi Bakıda DSK sədrləri üçün bir həftəlik kurslar keçiriləcək.
Bundan sonra isə avqustun 5-dən 8-nə kimi yerlərdə MSK üzvlərinin və yerli dövlət qurumlarının iştirakı ilə məntəqə seçki komissiyalarının üzvləri 3 günlük kurslar təşkil olunacaq”
N.Məmməıdovun dediyinə görə, DSK sədrləri üçün nəzərdə tutulan bir həftəlik kurslarda Prezident Adminstrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ədliyyə nazirinin müavini Azər Cəfərov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Ali Məhkəmənin sədri Cahangir Rzayev və digər rəsmi şəxslər içştirak və çıxış edəcəklər.
İclasın gündəliyində duran sonuncu - 3-cü məsələ barədə məlumat verən MSK-nın katibi Arifə Muxtarova bildirib ki, bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişiklik komssiya üzvləri tərəfindən səsə qoyularaq, qəbul edilib.
Sonda bir daha məsələlərə münasibət bildirən M.Pənahov qeyd edib ki, telekanallarda və digər mətbuat orqanlarında seçici siyahılarının dəqiqləşdirilməsini nəzərdə tutan çarxların və materialların yayılması və dərci planlaşdırılır.