Xəbərlər

Əli Əhmədov: Seçkiqabağı ovqat Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşib
26 iyul, 2013 18:35

Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıb.

ERtv xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın Ağcabədi rayon təşkilatının fəalları ilə görüşündə dilə gətirib.

Ə.Əhmədov ilk öncə bildirib ki, partiyanın fəalları ilə görüşlər mütəmadi olaraq keçirilir və bundan əvvəl bir çox rayonlarda da belə görüşlər reallaşıb.

İyun ayının 7-də YAP-ın V Qurultayının keçirildiyini xatırladan Ə.Əhmədov qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul olunub, sözügedən ali forum hakim partiyanın, o cümlədən, bütövlükdə xalqımızın namizədini rəsmi şəkildə təsdiq edib.

İcra katibi vurğulayıb ki, bu cür görüşlərin keçirilməsində məqsəd YAP-ın qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə ilk təşkilatları və onların rəhbərlərini səfərbər etməkdir:

“Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə uğurlar qazanıb və böyük seçki kampaniyasını yüksək səviyyədə keçirməkdən ibarət olan zəngin təcrübə toplayıb.

Bir çox həlledici səbəblərlə yanaşı, eyni zamanda Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə seçki kampaniyasının yüksək səviyyədə keçirilməsinə inamımızı artırır.

Hər birinizə məlum olduğu kimi, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşib. Əslində, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Eyni zamanda, bu, bütün Azərbaycan xalqının və Azərbaycan vətəndaşlarının seçkiöncəsi ovqatını əks etdirir”.

Seçkiöncəsi ovqatın məhz bu amillər əsasında köklənməsinin səbəbləri haqqında danışan YAP-ın sədr müavini deyib ki, bu, ölkəmizdə Prezident İ.Əliyevin rəhbərliyi ilə 10 il ərzində həyata keçirilən böyük işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır:

“İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi altında bu illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini birmənalı şəkildə etiraf edirlər. Bütün ölkə vətəndaşları, o cümlədən partiyamızın fəalları, ölkəmizdə son illər ərzində iqtisadiyyatdan tutmuş, həyatın bütün sahələrində nə qədər böyük dəyişikliklərin baş verdiyinin bilavasitə şahidləridir.

Bu dəyişikliklər bizim hamımızın həyatımızı dəyişdirib, həyatımıza yeni çalarları gətirib, həyatımızın mənası daha da zəngin olub.

Əgər biz 10 il bundan əvvəlki Azərbaycanla bu günkü Azərbaycanı müqayisə etsək, nə qədər böyük dəyişiklərin baş verdiyinin şahidi olarıq.

Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə inkişaf edib, insanlarımızın rifah halında ciddi dəyişiklər baş verib, ölkəmizdə böyük yeniləşmə, modernləşmə siyasəti həyata keçirilməkdədir ki, bu siyasətin də məqsədi Azərbaycanı müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirməkdən ibarətdir”.

Ə.Əhmədov daha sonra qarşıda duran vəzifələr, görüləcək işlərlə bağlı ətraflı məlumat verib və YAP Ağcabədi rayon təşkilatının fəallarına qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq tövsiyələr verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.