“Qəbələ” “Alyans-Arena”da
25 iyul, 2013 16:43
İyulun 23-ü baş tutan "Qəbələ" - "Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib. İstirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında “Alyans-Arena”ya yollanıb.
Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.