Xəbərlər

Serbiyada “Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilir
25 iyul, 2013 16:37

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyilə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılışını keçirmişdir.

Açılış mərasimində giriş sözü ilə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Anar Əcəmov çıxış edərək mədəni tədbirin əhəmiyyətini, iki ölkə arasinda mövcud mehriban dostluq munasibətlərini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə layihəsinin Serbiya parlamenti tərəfindən qəbul edilməsini xüsusi qeyd etmişdir.

Diplomat rəsmi Bakı ilə Belqrad hökuməti bütün müstəvilərdə bir-birinin mövqeyini qəti şəkildə dəstəkləməsi eləcədə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri haqda məlumat vermişdir. Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirmişdir.

Ş.Nəbiyev demişdir ki, bütün bu uğurlar ölkə başçısı cənab İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi qayğı və etimadın nəticəsidir. Həmçinin, Azərbaycan Gənclər Fondunun belə layihələri dəstəkləməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.

Ş.Nəbiyev rəhbərlik etdiyi təşkilatın yalnız ticarət əlaqələrinə deyil, müxtəlif sosial layihələrə bundan sonra da dəstək verəcəyini bildirmişdir. Tədbirdə Serbiya Parlamentin Konstitusiya və Hüquq məsələləri Komitəsinin sədri Vladimir Tviya və digər deputatlar, İndoneziyanın, Malaziyanın Serbiyadakı səfirləri, Serbiya Prezident Administrasiyasının, Serbiyanın Mədəniyyət, Mətbuat və İnformasiya cəmiyyəti nazirliyinin, Serbiya Gənclər və İdman nazirliyinin, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan mədəniyyət mərkəzinin, Serbiya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Serbiya elm və mədəniyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lərin təmsilçiləri iştirak etmişdir.

3 gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Şirvan Şəhər Təhsil Şöbəsinin, Respublika İncəsənət Gimnaziyası Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.