Xəbərlər

Mərkəzi Kəşfiyyat İdarəsi Əfqanıstandakı məxfi bazalarını bağlayır
25 iyul, 2013 15:59

Bu barərə “Vaşinqton post” qəzeti yazıb.

ERtv-nin sözügedən nəşrin məlumatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Amerika əsgərlərinin 2001-ci ildən döyüşdüyü Əfqanıstanda məxfi bazalarını bağlayır.

MKİ-nin bu ölkədəki bazalarının sayı qarşıdan gələn iki il ərzində12-dən 6-ya çatdırılacaq. MKİ-nin Əfqanıstanda fiziki iştirakının ixtisar edilməsi nümayəndələri amerikalılar tərəfindən axtarılan “əl-Qaidə” terrorçu təşkilatının törətdiyi təhlükənin xeyli azalması ilə bağlıdır.

İndi “əl-Qaidə” Pakistanda fəaliyyət göstərir, onun yüksək rəhbərliyinin sıraları isə ABŞ-ın 12 illik səyləri sayəsində xeyli seyrəlib. ABŞ-ın rəsmi şəxsləri vurğulayıblar ki, MKİ Amerika qoşunlarının çıxarılacağı 2014-cü ildən sonra da bu ölkədəki güclü mövqeyini qoruyub saxlayacaq.

Bundan əlavə, MKİ öz strategiyasını əsaslı şəkildə dəyişdirib və hazırda agenturaya deyil, Əfqanıstan və Pakistanın səmasına nəzarət edən, ehtimal olunan terrorçuları məhv edən pilotsuz zərbə uçuş aparatlarına arxalanır.

ABŞ qoşunlarını Əfqanıstandan necə çıxaracağını hələ müəyyən etməyib. Əsas ssenari hazırda 65 min nəfərdən ibarət olan Amerika kontingentinin sayının azaldılaraq 2014-cü ildən sonra 10 minə çatdırılmasını nəzərdə tutur. Lakin ABŞ Əfqanıstan Prezidenti Həmid Kərzai ilə fikir ayrılıqlarından sonra bu ilin iyulunda bildirib ki, “sıfır variantı” tətbiq ediləcək, əvvəllər nəzərdə tutulduğu kimi azsaylı çevik kontingent saxlanılmayacaq, qoşunlar tam çıxarılacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.