Xəbərlər

Fermerlərə 60 milyon manat subsidiya ayrılıb
25 iyul, 2013 15:51

Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsindən 57,404 milyon manat subsidiya verilib.

ERtv Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı keçirilən Respublika Komissiyasının iclasında qərara alınıb.

Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 393 min 663 istehsalçıya 1,435 milyon hektar əkin sahəsinə görə həmin yardımı ayırıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, komissiya 9862 nəfər istehsalçıya 50 faiz güzəştlə satılmış 10,37 milyon ton mineral gübrə üçün 2 milyon 619 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədilə müvafiq sənədləri Maliyyə Nazirliyinə təqdim edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 40 manat yardım verilir.

Eyni zamanda, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.