Xəbərlər

Heydər Əliyev Fondu İmran Cəfərzadənin əməliyyatının təşkili ilə məşğul olacaq
24 iyul, 2013 19:54

“Nabran Holiday Village” aquaparkında iki yaşlı İmran Cəfərzadənin başına gələn faciə bir çoxlarını sarsıdıb.

Sutəmizləyici nasos sistemi borusunda qoruyucu qəfəsin olmaması səbəbindən hər iki ayağını itirən uşağın başına gələn faciəyə yüzlərlə insan can yandırdı və İmranın müalicəsi üçün pul yığılmağa başladı.

Xoşbəxtlikdən prezident İlham Əliyevin şəxsi göstərişi ilə müalicənin pulunun ödənməsi problemi öz həllini tapdı - bütün xərcləri dövlət öz üzərinə götürdü. Bundan əlavə, prezident məsələni şəxsi nəzarətinə götürdü.

Artıq bildirdiyimiz kimi, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Prezident Administrasiyasının məsul əməkdaşları zərər çəkən uşağın müalicəsinin lazım olan hər şeylə təmin edilməsini üzərilərinə götürüblər.

ERtv-nin əldə etdiyi məlumata görə, hazırda Heydər Əliyev Fondu təşkilati məsələlərlə məşğul olur.

Konsilium keçiriləcək və burada İmranın əməliyyat olunması üçün hansı üsuldan istifadə olunacağı və uşağın məhz hara göndəriləcəyi qərara alınacaq.

Klinika müəyyən edilir, çox güman ki, uşaq Almaniyadakı tibbi müəssisələrindən birində yenidən əməliyyat olunacaq.

Dəhşətli hadisə yüzlərlə həmvətənimizi məyus edib. İki gün ərzində sadə vətəndaşlar tərəfindən lazım olan məbləğin təxminən yarısı toplanıb. Körpənin müalicəsinin dövlətimizin başçısının göstərişi ilə dövlət tərəfindən ödəniləcəyi məlum olmazdan əvvəl, maliyyə dəstəyinin göstərilməsinə hazır olduğunu məşhur ifaçı Emin Ağalarov da bəyan edib.

“Bunu vacib olaraq qeyd etmək istəyirəm ki, mən bu bədbəxt hadisəyə biganə qala bilməyən yeganə insan deyiləm. Mən bu barədə səhər saatlarında İnstagram-dan xəbər tutdum, biz uşağın xalası ilə əlaqə saxlaya bildik. Mənim Bakıda sonuncu xeyriyyə məqsədli konsertimdən toplanan vəsaitdən ayrılan məbləğ dərhal göndərildi” – Emin Ağalarov yazıb və onu da əlavə edib ki, ona məlum olduğuna görə, bütün təşkilati məsələləri dövlət öz üzərinə götürür.

Qeyd edək ki, balaca İmranın müalicəsi xərclərinin dövlət tərəfindən ödəniləcəyinə baxmayaraq, vətəndaşlar tərəfindən yığılan vəsait şübhəsiz ki, azyaşlı uşağın ailəsinə lazım olacaq.

Əminik ki, həmin vəsait onlar tərəfindən İmranın sağlamlığının tam bərpası üçün səmərəli şəkildə xərclənəcək. Oğlanın ailəsi kömək göstərilməsi ilə bağlı etdikləri müraciətə biganə qalmayan hər kəsə minnətdarlığını bildirir.

İyulun 21-də Nabran qəsəbəsində yerləşən “Nabran Holiday Village” akvaparkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı İmran Cəfərzadəni sovuraraq özünə doğru çəkib.
 
İmranın hər iki ayağı yerindən qopub.Uşaq Xaçmazdakı ən yaxın xəstəxanaya çatdırılıb.

Daha sonra isə Bakıya yola salınıb. İmran hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.

Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nabran Holiday Village istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.