Azərbaycan Gənclər və İdman nazirliyi və Mili Olimpiya Komitəsinin birgə təşəbbüsü ilə Balakəndə “Gənclərin sağlamlıq festivalı” keçirilib.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, bu münasibətlə təşkil olunan mərasimdə qeyd olunub ki, Azərbaycan Gəncliyinin İnkişafna dair Dövlət Proqramından irəli gələn məsələlərdən biri də gənclərin mənəvi və fiziki baxımdan sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq durmasıdır.
Bu baxımdan ölkəmizin yeddi bölgəsində belə festival keçirilib. Tədbirdə o da qeyd olunub ki, son illər Balakən idmançılarının xoş sorağı dünya və beynəlxalq yarışlardan gəlir. İndi Balakənin Olumpiya və Paraolimpya çempionları var və yetişən gənc nəsil idmanın müxtəlif növləri üzrə ciddi məşğul olur. Elə bu yaxınlarda Rusiyanın Kazan şəhərində təşkil olunan dünya unversiadasında balakənli güləşçi Rəsul Çunayev rəqiblərinin hamısını yenərək qızıl medala layiq görülüb.
Daha sonra festivala start verilib. Dörd ailənin qatıldığı yarışda gənc ailələr müxtəlif idman növləri üzrə qüvvəsini sınayıb. Fasilələrdə isə Balakən idmançılarının nümunəvi çıxışları təqdimFestivalın sonunda iştirakçılara Azərbaycan Gənclər və İdman nazirliyi və Mili Olimpiya Komitəsinin eləcə də Balakən Gənclər və İdman idarəsinin xatirə diplomları və hədiyyələr təqdim olunub.