Simon Vizental Beynəlxalq Mərkəzi Almaniyada II Dünya müharibəsi dövrünün nasist cinayətkarlarının axtarışı və məsuliyyətə cəlb olunması üzrə kampaniyaya start verib.
ERtv BBC-yə istinadən xəbər verir ki, təşkilat Osventsim konslagerinin qapısından üzərində şəkillər olan təqribən 2 min plakat asıb və Berlin, Hamburq və Kölndə sağ qalan nasistlər barədə təşkilata məlumat verməyi də xahiş edib
Vizental Mərkəzinin məlumatına görə, təkcə Almaniyada təqribən 50 sabiq Hitler tərəfdarı yaşayır. Onlardan bəziləri həbs düşərgəsinin mühafizəçiləri olub yaxud da “ölüm eskadronları”nda xidmət göstəriblər.
Onlar kütləvi qırğınlara görə məsuliyyət daşıyırlar. Sabiq nasistlər barədə informasiyaya görə təşkilat 33 min dollar mükafat vəd edir.