Qərbi Avropanı anomal istilər bürüyüb
24 iyul, 2013 19:46
Qərbi Avropada anomal istilər başlayıb.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Hidrometereoloji Mərkəzi verib. İsti hava dalğası Afrikanın şimal-qərbindən gələn güclü subtropik axın nəticəsində yaranıb.
Londonda iyulun 22-də hətta maksimal temperaturun yeni rekord həddi müşahidə edilib. Hal-hazırda həmin rekord göstərici 33,2 dərəcəyə bərabərdir. Daha əvvəlki rekord temperatur 1989-cu ildə müşahidə edilib – 32,4 dərəcə.
İspaniyada, Fransada və Almaniyada da istilər davam edir. Bu ölkələrdə istilik həddi 37 dərəcəyə çatıb. Fransada temperatur normadan 10 dərəcə artıqdır. İspaniya və Almaniyada bu rəqəm bir qədər aşağıdır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı