Rusiya və Azərbaycanın nəqliyyat nazirləri görüşüb
24 iyul, 2013 19:41
Samur sərhəd-keçid məntəqəsində Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib.
ERtv-nin nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Samur çayı üzərində yeni körpünün tikilməsi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.
Tədbirdə, son illər ərzində nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.