Rumıniyanın Neamt iqtisadi regionunun Roman şəhərində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma (YDM) məntəqəsi istismara verilib.
ERtv şirkətə istinadən xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur.
Məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iritutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
YDM ərazisində kafe fəaliyyət göstərir. Müştərilər həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar. Rumıniyada ilk dəfə olaraq burada internetdən istifadə üçün müştərilərə tablet təqdim edilir.
Bu, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən sayca 16-cı, Neamt rayonunda isə 4-cü YDM-dır.