ABŞ-ın keçmiş səfiri Rüstəm İbrahimbəyovla bağlı pessimistdir
24 iyul, 2013 19:36
ABŞ-ın 1994-1997-ci illərdə Bakıda səfiri olmuş Riçard Kozlariç Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında danışıb.
ERtv xəbər verir ki, keçmiş diplomat “Amerikanın səsi” radiosuna müsahibəsində Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov haqqında bədbin fikirlər səsləndirib:
“Müxalifətin vahid namizədlə çıxış etməsi tərəqqi əlamətidir. Amma bilinmir ki, Rüstəm İbrahimbəyov Bakıya qayıda biləcək, yaxud hökumət ona və ya başqa namizədə seçkidə iştirak imkanı yaradacaq.
Mənim instinktim pessimist olmaqdır. Müxalifətin bir araya gəlməsi yaxşı şeydir. Amma əgər bu birlik öz məqsədinə nail olsa və vahid namizədlə seçkiyə qatıla bilsə, bu, tərəqqi olardı. Amma bunun baş verəcəyinə pessimistəm”.