Azərbaycanın bəzi rəsmi şəxslərinin ölkəyə giriş və çıxışına qadağa qoyulmasına dair yeni iddialar ortaya atılıb.
ERtv xəbər verir ki, bu dəfə Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənovun ölkəyə gəlişinin məhdudlaşdırılması haqqında məlumat yayılıb.
Ana Vətən Partiyasının (AVP) sədri, parlamentin deputatı Fəzail Ağamalı Gün.Az-a açıqlamasında belə informasiyaların haradan qaynaqlandığını başa düşmədiyini deyib:
“Azərbaycanda nə dövlət məmurlarının, nə də sıravi vətəndaşların ölkə ərazisini tərk etmələrinə, yaxud da ölkəyə daxil olmalarına məhdudiyyətlərin qoyulması barədə bu cür iddialar o qədər qeyri-ciddidir ki, onlara şərh verməyə də ehtiyac yoxdur.
Vəzifəsindən asılı olmayaraq vətəndaşın ölkəyə gəlib-getməyinə niyə qadağa qoyulmalıdır ki? Azərbaycanda hətta barəsində cinayət işi açılmış şəxslərin də ölkəyə gəlişinə hər hansı məhdudiyyət yaradılmır. Belə əsassız iddialar haqqında başqa nə demək olar?”

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı