Xəbərlər

Nail Naiboğlu “Jism 2” filminə görə qınağa tuş gəldi
22 iyul, 2013 12:08

Azərbaycanda nümayiş olunacaq qalmaqallı “Jism 2” filmi artıq dublyaj olunub.

Filmin ölkəmizdə nümayişini təşkil edən rejissor Nail Naiboğlu ERtv-yə açıqlamasında bildirib ki, “Jism 2” artıq hazırdır.

Rejissor dublyaj işindən razı qaldığını bildirib:

“Bu filmə uyğun olaraq bizdə rejissor Rasim Ocaqov “Təhminə” filmini çəkib. Film böyük uğur da qazanıb. Hələ sovetlər dönəmində Azərbaycanda məşhur müğənni Ququşun iştirakı ilə “Uzun gəcə” adlı İran filmi nümayiş olunurdu. Həmin film bu günə kimi də klassik film olaraq qəbul olunur. Dublyaj etdirdiyim “Jism 2” filmi çox maraqlı və rəngarəngdir.

Sual verirlər ki, filmi niyə tərcümə etdirmisiniz? Filmlə bağlı etik normalara sığmayan şərhlər yazanlara cavabım var. Bildirirəm ki, biz heç kimi məcbur etmirik ki, kinoteatra gedib, cibindən pul verib, bilet alsın. Hazırda bizi qınayan şəxslər əminəm ki, birinci özləri bilet alıb, bu filmə həvəslə baxacaqlar”.

N.Naiboğlu onu da qeyd edib ki, film avqust ayında tamaşaçılara təqdim olunacaq və Azərbaycanda “Arzunun qaranlıq tərəfi” adıyla yayımlanacaq.

Rejissor əlavə edib ki, filmin dublyajında müğənni Cəmilə də iştirak edib:

“Film çox böyük marağa səbəb olacaq. Bu ekran əsərinin dublyajında iştirak edənlərdən biri də müğənni, elit star Cəmilədir. Cəmilə filmdə baş qəhrəman olan İznanı səsləndirib”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.