Xəbərlər

Şahidlər Nabranda faciə nəticəsində 2 yaşlı uşağın ayağını itirməsi barədə danışdılar
23 iyul, 2013 12:04

Dünən, iyulun 21-də “Nabran Holiday Village”-də baş verən faciəli hadisə ictimaiyyəti dəhşətə gətirib.

Hadisənin şahidlərinin sözlərinə görə, hovuz ətrafında istirahət edənlər onların gözləri qarşısında baş verən faciədən elə sarsılıblar ki, hətta əvvəlcədən bu barədə razılaşmadan “Nabran Holiday Village”-i dərhal tərk ediblər.

“Qohumlarımız orada idi, onlar hər şeyi görüblər. Oğlan valideynləri ilə bir yerdə imiş və hava doldurulmuş üzgüçülük halqasında üzürdü. Cəmi bir neçə saniyə ərzində onu nasos sistemi sovuraraq özünə doğru çəkdi, sonra isə sürətlə kənara atdı. Artıq ayaqları yox idi. Sistem daha sonra onun ayaqlarını kənara tulladı. Bütün bunların hamısı cəmi bir neçə saniyə ərzində baş verdi. Hətta qan da yox idi, nasos bütün qanı sovurub özünə çəkmişdi” – deyə, Facebook sosial şəbəkəsinin istifadəçisiAygün Muradova yazıb.

Xatırladaq ki, Nabran qəsəbəsində yerləşən “Nabran Holiday Village” akvaparkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı oğlanı sovuraraq özünə doğru çəkib.

“Həmin vaxt hansı hissləri keçirdiyimizi sözlə təsvir etmək mümkün deyil. İmranın hər iki ayağı yerindən qopub, biz onu Xaçmazdakı ən yaxın xəstəxanaya çatdırdıq, aşağı ətraflarının hissələrini isə ayrıca apardıq” – körpənin göz yaşlarını saxlaya bilməyən xalası Əzizə Baxşıyeva bildirib.

Xəstəxanada uşağa ağrıkəsici vurulub, qanaxması dayandırılıb, daha sonra isə ailə Bakıya yola salınıb. Dərddən ürəkləri üzülən valideynlər Bakıda Mərkəzi Kliniki Xəstəxanaya müraciət ediblər.

Hal-hazırda Xaçmaz Rayon Prokurorluğu hal-hazırda faciəli insidenti araşdırır. 2 yaşlı İmran Cəfərzadənin başına gələnlərdən xəbərdar olan Facebook istifadəçiləri baş verən hadisədən məyus olan hər kəsi bir araya toplamaq məqsədilə şəbəkədə ayrıca səhifə də yaradıblar.

“Nabran akvaparkının sahibləri baş verən hadisəni heç cür şərh etmək istəmirlər. Bu səhifəni paylaşın ki, hər kəs bu dəhşətdən xəbər tutsun!” – deyə səhifənin fəalları qeyd ediblər.

Sözügedən səhifəyə qoşulan istifadəçilər o cümlədən, ayaqlarından məhrum olan 2 yaşlı körpənin müalicəsi üçün lazımi vəsaitin toplanmasının tərəfdarı olduqlarını bildirirlər.

“Bizim hamımızın övladlarımız var, hər kəs bu uşağın yerində ola bilərdi. Biz gərək İmrana və onun ailəsinə köməklik göstərək”- sosial şəbəkə istifadəçiləri yazırlar.

Qeyd edək ki, “Nabran Holiday Village” şirkəti rəhbərliyinin nümayəndələri ictimaiyyətdən gizlənirlər və baş verənləri şərh etməkdən yayınırlar.

Körpənin xalası Əzizə Baxşıyevanın sözlərinə görə, hələ firma nümayəndələrindən heç kim oğlanın vəziyyəti ilə maraqlanmayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.