Təhsil ekspertləri və Təhsil Nazirliyinin məsul işçiləri bir araya gəliblər
23 iyul, 2013 12:02
Təhsil Nazirliyində təhsil ekspertləri və nazirliyin məsul işçilərinin iştirakı ilə görüş keçirilib.
ERtv nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ekspertlərin Azərbaycanda təhsil sisteminin problemlərinə dair fikirləri dinlənilib.
Eyni zamanda, mövcud problemlərin həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Bu məzmunlu görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.