Cari ilin birinci yarımili ərzində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
ERtv-nin verdiyi xəbərə görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin cinayət işlərindən bir şəxs barəsində bir iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, bir şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və islahetmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla bağlı olub.
Məhkəmələr göndərilmiş cinayət işləri üzrə 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4 % ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.