“Neft Daşları” yatağı üçün blok tipli 1954A saylı estakadayanı meydançanın tikintisi davam etdirilir.
ERtv SOCAR-a istinadən xəbər verir ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək.
Meydança ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 4 yanalma meydançası, 2 minik meydançası, yükqaldırma qabiliyyəti 13,5 ton olan kran və digər zəruri avadanlıqlarla təchiz olunacaq.
Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə meydançada 3 ədəd dizel elektrik aqreqatı, eləcə də quyularda geofiziki işlərin aparılması üçün dizel karotaj qaldırıcısı və karotaj stansiyası quraşdırılacaq. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı