Xəbərlər

Birinci yarımildə 21,8 milyon ton neft hasil edilib
23 iyul, 2013 11:51

Birinci yarımildə neft və qaz hasilatının həcmi açıqlanıb.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin birinci yarısında mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 21,8 milyon ton, əmtəəlik qaz hasilatı 8,9 milyard kubmetr təşkil edib.

Bu isə neft hasilatının ötən ilin müvafiq dövrü ilə müqayisədə az, qaz hasilatının isə çoxaldığını göstərir. Belə ki, 2012-ci ildə neft hasilatı 22,2 milyon ton, əmtəəlik qaz hasilatı 8,8 milyard kubmetr olub.

Ümumilikdə, bu ilin birinci yarısında ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 16,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Məhsulun 74,0 faizi mədənçıxarma bölməsində, 19,9 faizi emal bölməsində, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz artıb, neft sektorunda isə 0,3 faiz azalıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.