Azərbaycan neft məhsullarının ixracını 6% artırıb
23 iyul, 2013 20:54
Bu ilin birinci yarısında Azərbaycan 639 mln. 963 min dollar məbləğdə neft məhsulları ixrac edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu göstərici ötən ilin birinci yarısında olan məbləğdən 5.95% artıq olub.
Altı ay ərzində ixrac olunan neft məhsullarının həcmi bu dövrdəki ümumi ixracın 5.35%-ni tutub.
Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı 856 min 540 ton təşkil edib.