Xəbərlər

Rüstəm İbrahimbəyov həbs olunacaq?
23 iyul, 2013 20:48

Milli Şuranın prezidentliyə namizədinin Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı bildirilir.

ERtv xəbər verir ki, bu barədə “Olaylar” İnformasiya Agentliyi Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.


Məlumatda qeyd olunur ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacaq. Belə ki, Vergilər Nazirliyinin onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında apardığı yoxlama nəticəsində vergidən yayınma və vəsaitlərin mənimsənilməsinə dair faktlar aşkarlanıb.

Faktla əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun yaxın günlərdə R.İbrahimbəyov barədə cinayət işi qaldıracağı gözlənilir. Bu da onu deməyə əsas verir ki, R.İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs ediləcək.

Baş Prokurorluqdan “Olaylara” bildirilib ki, istintaq sirri olduğundan hazırda məsələ ilə əlaqədar hər hansı məlumat verilmir.

Xatırladaq ki, Kinematoqrafçılar İttifaqında aparılmış yoxlama nəticəsində 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və fakt üzrə CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı həm də 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün ayrılmış 330.000 manat vəsaitdən 267.130 manatın nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verildiyi, nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı 22.000 manatın talandığı müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ERtv-yə bildirib ki, istintaq sirri olduğundan bu barədə heç nə danışa bilməz.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.