"Fənərbaxça"nın baş məşqçisi Lənkəran stadionuna baş çəkib
21 iyul, 2013 17:06
Bu gün "Fənərbağça"klubunun baş məşqçisi Ərsun Yanal və klub nümayəndələri Lənkəran stadiona baş çəkiblər.
ERtv xəbər verir ki, buradakı infrastrukturla tanış olan nümayəndələr daha sonra "Xəzər-Lənkəran" muzeyində olublar.
Ərsun Yanal fəxri qonaqlar üçün olan kitaba öz ürək sözlərini yazıb.
Qeyd edək ki, "Fənərbağça" kollektivi dünən axşamdan Lənkərandadır. Klub 23 futbolçu gətirib.
"Xəzər-Lənkəran"-"Fənərbağça" arasında yoldaşlıq oyunu bu gün saat 21:00-da başlayacaq.