Budo döyüş növləri üzrə çempionatda Azərbaycan komandası ilə yanaşı, Dağıstan, Gürcüstan və Türkiyədən olan idmançılar da birincilik uğrunda mübarizə aparırlar.
ERtv-nin bölgə müxbiri turnirin baş hakimi Ruhi Hüseynova istinadən bildirir ki, 270-dən çox idmançının qatıldığı çempionat Zaqatala Olimpiya İdman Kompleksində keçirilir. Çempoinat iştirakçıları turnirin başlaması münasibəti ilə təşkil olunan tədbirdə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirib.
Bildirilib ki, ölkəmiz artıq mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ardıcıl olaraq respublikamızda idmanın bu növü üzrə beynəlxalq turnirlər təşkil olunur. Gənclər arasında budo döyüş növlərinə marağın böyük olduğunu diqqətə çatdıran təşkilatçılar idmançılara uğurlar arzulayıb.
Xatırladaq ki, çempionatın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq və beynəlxalq yarışlara lisenziya əldə edəcəklər.