“Əl-Qaidə” liderləri öldürüldü
22 iyul, 2013 16:51
Bu barədə məlumatı Əlcəzair KİV-ləri yayıb.
ERtv-nin Əlcəzair KİV-lərinin bazar günü yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Əlcəzairin paytaxtından cənub şərqdə aparılan reyd əsnasında təhlükəsizlik qüvvələrinin məhv etdiyi 4 yaraqlıdan ən azı ikisi “İslam Məğribində əl-Qaidə” təşkilatının üzvləri olub.
Xüsusi xidmət orqanlarının məlumatına görə, onların dördü də cümədən şənbəyə keçən gecə məhv edilib. Onlardan ikisi Tunislə sərhəddə terror aktı hazırlamaqla məşğul olan terrorçu kamikadzedir. Keçirilən reyd zamanı ərazidən silahlar, o cümlədən, Kalaşnikov avtomatları, tüfənglər və tapançalar müsadirə olunub. Bundan əlavə, oradan girovların azad edilməsi müqabilində onlara ödənilmiş külli miqdarda pul da aşkarlanıb.