Xəbərlər

İlham Əliyev: “Jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür binalarda mənzil ala bilməzlər”
22 iyul, 2013 16:37

Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

ERtv xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşıb:

“Mən çox şadam ki, bu sahədə də Azərbaycan öz liderliyini göstərib. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir, ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür binalarda mənzil ala bilməzlər.

Öz sahəsində peşəkarlıq göstərmiş, mətbuatda çalışmış jurnalistləri də mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi.

Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi, qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikildi.

Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaradılacaq. Çünki binanın yerləşdiyi ərazi də çox gözəldir, buradan “Dövlət bayrağı”na gözəl mənzərə açılır”.

Dövlət başçısı qeyd edib ki, bütün bu sahələr abadlaşacaq və eyni zamanda, burada yeni infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulur:

“İncəsənət şəhərciyi yaradılacaq, böyük su-idman sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri uğurla davam edəcək və əminəm ki, gələcəkdə biz belə mərasimlərdə sizinlə yenidən görüşəcəyik.

Bildiyiniz kimi, bu binada mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar da var.

Bu da təbiidir. Bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir.

Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava var. Jurnalistlərin peşəkarlığı, onların ictimai həyatdakı fəaliyyəti sağlam ab-havanı daha da sağlam edəcək”.

Eyni zamanda İ.Əliyevin bildirdiyinə görə, Azərbaycanda tam şəkildə söz azadlığı təmin edilib:

“Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğvi ilə bağlı irəli sürülmüş təşəbbüs demək olar ki, ölkədə azad mətbuatın inkişafına təkan verdi. Senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməz.

Məhz həmin gündən başlayaraq, Azərbaycanda azad mətbuatın tam formalaşdırılmasına başlanılıb və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilib. Yüzlərlə mətbu orqanı sərbəst fəaliyyət göstərir, senzuradan söhbət gedə bilməz.

Azərbaycan eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün dünyada internet jurnalistikası da inkişaf edir, o cümlədən, Azərbaycanda da. Azərbaycanda internet tam azaddır.

Hesab edirəm ki, bu təcrübə başqa ölkələrdə də tətbiq edilməlidir və internetin yayılması sürətlə gedir. Bu sahədə dövlət proqramları icra edilir. Dövlət Neft Fondunun xətti ilə genişzolaqlı internetin hər bir şəhərə çəkilişi sahəsində də işlər icra edilir və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur.

Belə olan halda əlbəttə ki, biz tam əminliklə deyə bilərik ki, söz azadlığı Azərbaycanda maksimum dərəcədə təmin edilib.

Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda, bütün kriteriyalar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial, eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi kriteriyalar üzərində qurulmalıdır.

Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür, ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu var və mən bu rolu çox yüksək qiymətləndirirəm. Gələcəkdə də əminəm ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcək”.

Dövlət başçısı həmçinin deyib ki, Azərbaycanda demokratiyanın inkişafı istiqamətində də böyük addımlar atılır:

“Bu gün Azərbaycanda bütün azadlıqlar var – söz azadlığı, sərbəst toplaşmaq azadlığı... Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer də nəzərdə tutulur. Gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmayacaq, eyvandan izləyəcəklər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.