Xəbərlər

Əli Əhmədov: Görülən işlər xalqın növbəti seçkilərdə də İlham Əliyevə səs verəcəyinə inam yaradır
22 iyul, 2013 16:27

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Kürdəmir rayon təşkilatının fəalları ilə görüşüb.

ERtv xəbər verir ki, görüşdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, ölkədə həyata keçirilən quruculuq işləri, insanların sosial rifah halının günü-gündən yaxşılaşması, Azərbaycanın qüdrətlənməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edir.

Onun sözlərinə görə, məhz bu amillər xalqın növbəti seçkilərdə də vahid namizədinə - İlham Əliyevə səs verəcəyinə inam yaradır.

Ə.Əhmədov YAP ölkənin ən böyük siyasi qüvvəsi olduğunu vurğulayaraq partiyanın Kürdəmir rayon təşkilatının fəallarına seçkilərə hazırlıq işləri ilə əlaqədar müvafiq tövsiyələr verib.

Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, partiya veteranı Sabir Novruzov, YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva, və rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarıverdiyev son illər ölkədə aparılan uğurlu siyasətdən söhbət açıblar.

Çıxışlarda qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində YAP rayon təşkilatı fəal iştirak edəcək.
 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.